Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

“Həyatım 50-nin 50-yədir“ - Firəngiz Mütəllimova

Tarix :
“Həyatım 50-nin 50-yədir“ - Firəngiz Mütəllimova

"İlyas Əfəndiyev mənə 2 məsləhət verib. Mən onun bu sözlərini ömrümün sonuna qədər unutmayacam".
Moderator xəbər verir ki, bunu Akademik Milli Dram Teatrının aparıcı aktrisası Firəngiz Mütəllimova deyib.
O əlavə edib: "Deyirdi ki, qadın tapmaca olmalıdır. Heç vaxt səhnədə açıq-saçıq geyim dalınca qaçma, o zaman tamaşaçı üçün maraqsız olursan.
Bir də deyirdi ki, fərq etmir, hansı səhnə arxasında olursansa ol, səhnəyə çıxmazdan öncə de ki, "mən, elə mənəm", özünə güvən" deyə sənətkar bildirib".
Xalq artisti həyatda mübariz olduğunu bildirib.
"Öz yolumla getmişəm. Yaşar Nurinin yanında çox şey öyrənmişəm. Qoç bürcüyəm, həm əziyyət çəkir, həm də liderlik edir. Mənim həyat amalımdır ki, mən bir şeyi əldə etmək istəyirəmsə o baş tutacaq. Bir ölümün çarəsi yoxdur, başqa hər şeyə çarə var. Ona görə də mübariz insanam. Yaşadığım heç nə üçün peşman deyiləm. Çünki həyatımda hər şey 50-50-yə olub. Xoşbəxt çağlarım da, ağır günlərim də. Amma onlar hamısı mənim olub" deyə aktrisa bildirib.