Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

İran Rusiyaya PUA verdiyini təsdiq etdi

Tarix :
İran Rusiyaya PUA verdiyini təsdiq etdi

Rusiyaya verdiyimiz pilotsuz təyyarələr Ukraynadakı müharibədən aylar əvvələ aiddir. 
Bu barədə İranın Xarici işlər naziri Hüseyn Əmir Abdullahian deyib. 
O, əgər İran PUA-larının müharibədə iştirakı təsdiqlənərsə, ölkənin buna biganə qalmayacağını bildirib: "Rusiya ilə əlaqələrimiz qonşuluq və qarşılıqlı maraqlara əsaslanır. Bəzi Qərb ölkələrinin İran İslam Respublikasının Ukraynadakı müharibəyə kömək etmək üçün Rusiyaya raket və pilotsuz təyyarələr verməsi ilə bağlı hay-küy salması, onların raket sektoru ilə bağlı dediklərinin tamamilə yanlış olduğunu və pilotsuz təyyarələrlə bağlı məsələlərin doğru olduğunu vurğulamaq istərdim". 
"Biz Ukraynadakı müharibədən aylar əvvəl Rusiyaya məhdud miqdarda pilotsuz təyyarələr vermişik və biz Ukraynanın xarici işlər naziri ilə razılaşdıq ki, əgər Rusiyanın Ukraynada İran pilotsuz uçan aparatlarından istifadə etdiyinə dair sənədlər varsa, onları bizə göstərsin. İki həftə əvvəl bir Avropa ölkəsində belə bir görüşümüz oldu və bizim müdafiə və siyasi nümayəndə heyətimiz həmin Avropa ölkəsinə getdi, lakin təəssüf ki, Ukrayna tərəfi 90-cı dəqiqədə iştirak etmədi", - XİN rəhbəri bildirib. 
Nazir bu məsələni ukraynalı həmkarı ilə müzakirə etdiyini açıqlayıb: "Bundan sonra ötən həftə Ukraynanın xarici işlər naziri ilə apardığımız telefon danışığında razılaşdıq ki, əgər sənəd olarsa, onu bizə təqdim edəcəklər və Ukrayna tərəfi vədinə sadiq qalacaqsa, biz yaxın günlərdə bu məsələni araşdıracağıq.Onların sənədləri bizim üçün maraqlıdır".