Bu gün Ermənistan müxalifəti İrəvanın Fransa meydanında "Artsaxa dəstək" birlik mitinqi keçirməyi planlaşdırır.
"Armenian News" xəbər verir ki, mitinqdə Ermənistanın ikinci prezidenti Robert Köçəryan da iştirak edəcək. Onunla bərabər, erməni katolikosunun xeyir-duası ilə Tavuş yeparxiyasının rəhbəri Baqrat Qalstanyan mitinqdə içıxış edəcək.
Artıq bir çox siyasi qüvvələr və ictimai xadimlər bu gün keçiriləcək mitinqdə iştirak edəcəklərini bəyan ediblər.