
Rusiya Azərbaycana yeni səfir təyin edib.
TASS xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putinin sərəncamı ilə Mixail Yevdokimov bu vəzifəyə təyin olunub.
O bu vəzifədə Mixail Boçarnikovu əvəz edəcək.
Yeni səfir uzun illər ərzində Rusiya XİN-də çalışıb. İngilis və fransız dillərini bilir.
64 yaşlı Yevdokimov evlidir, bir oğlu var.
Qeyd edək ki, Yevdokimov 2019-cu ilin sentyabrından 2-ci dərəcəli fövqəladə və səlahiyyətli səfir diplomatik statusuna sahibdir.
