Eks-prezidentin evində axtarış aparıldı

Tarix :
Eks-prezidentin evində axtarış aparıldı

Polis Fransanın keçmiş prezidenti Nikolya Sarkozinin evinə basqın edib.
DPA xəbər verir ki, istintaq hərəkətləri onun 2007-ci ildə seçki kampaniyasının Liviya hakimiyyəti tərəfindən mümkün maliyyələşdirilməsi ilə bağlı araşdırma çərçivəsində həyata keçirilib. 
Müstəntiqlər sabiq dövlət başçısını dindiriblər. Yeni yoxlamalara səbəb bu iş üzrə ittiham tərəfi üçün əsas şahidin əvvəllər verdiyi ifadəsinin rədd edilməsi olub.
Fransa-livanlı iş adamı Ziyad Təkiəddin 2016-cı ildə demişdi ki, 2006-cı ilin sonu və ya 2007-ci ilin əvvəlində o, Liviya hakimiyyətindən o vaxt Sarkozinin rəhbərlik etdiyi Fransa DİN-ə “pullu çamadanlar”ı çatdırılmasında vasitəçi olub. İddialara görə, pul onun kampaniyasını maliyyələşdirmək üçün istifadə olunub. Sonradan Təkiəddin gözlənilmədən sözlərini danıb.