Ukrayna əsilli şəxs NATO-nun baş katibi ola bilər

Tarix :
Ukrayna əsilli şəxs NATO-nun baş katibi ola bilər

Vaşinqtonda NATO-nun baş katibi vəzifəsinə əsas namizəd Ukrayna əsilli Kanada Baş nazirinin müavini və maliyyə naziri Kristiya Frilanddır. 
Bu barədə "The New York Times" nəşri yazıb. 
Məlumata görə, o, əvvəllər Kanada Xarici İşlər Nazirliyinin rəhbəri vəzifəsində çalışıb, ingilis, fransız, italyan, rus və ukrayna dillərini bilir.
Freeland özü Ukraynadakı münaqişəni "hazırda qlobal iqtisadiyyat üçün ən böyük təhlükə" adlandırıb. 
Friland hazırda Rusiya sanksiyaları altındadır. 
Qəzetin yazdığına görə, Alyansın hazırkı baş katibi Yens Stoltenberqin varisi ilə bağlı müzakirələri başlayıb.