
"Ulu Öndər Heydər Əliyev Azərbaycanın dövlət müstəqilliyinin təməlini yaradıb və bunun üzərində qurulan müstəqil dövləti qoruyub saxlaya bilib, davamlı inkişaf yoluna çıxarıb".
Bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentdə Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunan xüsusi iclasında çıxışı zamanı deyib.
"Bununla da o tarixi şəxsiyyətlərin dövlətçilik ənənələrini XX yüzillikdə layiqincə davam etdirib və zənginləşdirib", - deyə spiker bildirib.
