Çağırışa gedən təcili yardım maşını 22 yaşlı oğlanı vurdu

Tarix :
Çağırışa gedən təcili yardım maşını 22 yaşlı oğlanı vurdu

Bakının Nərimanov rayonunda təcili tibbi yardım avtomobili piyadanı vurub. 
Çağırışa gedən təcili tibbi yardım avtomobili hərəkətdə olarkən yolu keçən 2001-ci il təvəllüdlü Mikayılov İsa Elçin oğlunu vurub. 
Yaralı avtomobildə olan briqadanın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sağ ayağının əzilmiş və genişhəcmli cırılmış yaraları diaqnozu qoyulub. 
Hadisənin təfərrüatı araşdırılır.