
Xatırladaq ki, bu yaxınlarda aktualxeber.az saytında “ABŞERON-XIZI REGİONAL TƏHSİL İDARƏSİNDƏ TÖRƏDİLƏN QANUNSUZLUQLAR” və “Sələmçilikdə ad çıxarmış direktor”başlıqlı məqalələr dərc etmişdik. Məqalələr redaksiyamıza müraciət etmiş Rzayev Vidadi Əsədulla oğlunun və digər şəxslərin verdiyi məlumatlar əsasında hazırlanmışdı. Həmin vətəndaşların iddia etdiklərinə görə Abşeron-Xızı Regional Təhsil İdarəsində və Qobudakı 3 nömrəli tam orta məktəbdə çox ciddi qanun pozuntuları var. Xüsusən də 3 nömrəli tam orta məktəbin direktoru Xuraman Behbudovanın 8 Martla əlaqəli müəllimələrin və valideyin komitələrinin israrı ilə hər şagirddən müəyyən məbləğdə pul tələb etdirməsi, repititor yanına gedən və adı 3 nömrəli tam orta məktəbdə olsa da əslində şəhər məktəblərində oxuyan şagirdlərin valideynlərindən 1000-1500 manat rüşvət alması, texniki işçiləri də rüşvətlə işə qəbul etməsindən bəhs etmişdik. X.Behbudova arxasında əmisi oğlu, adı daim müxtəlif korrupsiya olaylarında hallanan ƏƏSMN-nin Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudovun durduğunu deyir. Qohumuna arxalanaraq təhsil ocağını korrupsiya yuvasına çevirən X.Behbudova yığdığı çirkli pulları Qobu qəsəbəsində sələmə verməklə də ad çıxarıbdı.Bu yazımızdan sonra xanım direktor səhvlərini düzəltmək əvəzinə, bəzi oxunmayan və adlarını özlərindən başqa kimsənin bilmədiyi saytlarda özünü pul müqabilində təriflətməklə məşğuldur. Gərək o, tək özünü deyil, “krışası” olan əmisi oğlunu da təriflətdirərdi…Bu dəfəki yazımızı da elə həmin “krışaya” həsr etmək qərarına gəldik.
Təsadüfi deyil ki, Qarabağ qaziləri və şəhid ailələrinin ən çox şikayət etdiyi qurum Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyidir.Sosial Xidmətlər Agentliyinə 2020-ci ildə sədr təyin edilən Vüqar Behdudovun fəaliyyəti bütövlükdə hökumətin sosial siyasətini biabırçı duruma salıb. Zaman-zaman mediada Qarabağ qazilərinin, şəhid ailələrinin Sosial Xidmətlər Agentliyinin yarıtmaz siyasəti barədə tirajlanan şikayətlərinə maraqlıdır ki, nə nazirlik, nə də Nazirlər Kabineti heç bir reaksiya vermir.Bu isə şikayətçi vətəndaşlarda Sosial Xidmətlər Agentliyinin sədrinin atdığı narazılıq yaradan fəaliyyətinin yuxarı instansiyalarla razılaşdırılmış ehtimalını yaradır.Nazirlər Kabineti cari ildə sosial xidmətə ehtiyacı olan şəxslərə (ailələrə) və sağlamlıq imkanları məhdud şəxslərə ərzaq alınması üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinə dövlət büdcəsindən 20 milyon manatdan çox vəsait ayırıb.Hökumətin qərarına əsasən Sosial Xidmətlər Agentliyinin tabeliyində fəaliyyət göstərən mərkəzlərə ərzaqlar “Aqrar Tədarük və Təchizat” Açıq Səhmdar Cəmiyyəti tərəfindən təmin edilməsi göstərilməyinə baxmayaraq, ərzaqların satın alınması V.Behbudova və onun yaxın ətrafına məxsus şirkətlər tərəfindən həyata keçirilir.2021 və 2022-ci illərdə bu məqsədlə ayrılan 20 milyon manat tamamilə Agentlik sədrinə və ona yaxın ətrafına məxsus şirkətlər tərəfindən sənədlər üzərində xərclənib. Acınacaqlı məqam isə budur ki, sağlamlıq imkanları məhdud insanlara və sosial xidmətə ehtiyacı olan şəxslərə (ailələrə) ərzaq alınması üçün ayrılan 20 milyon manat vəsaitin təxminən 5-6 milyon manatı bu işlərə sərf edilib.Yerdə qalan vəsait isə Vüqar Behbudov tərəfindən mənimsənilib. Təbii ki, ərzaqların alınması üçün ayrılan vəsaitlərin böyük həcminin mənimsənilməsi sağlamlıq imkanları məhdud insanlara verilən qidaların keyfiyyətinə də birbaşa təsir edir.Məhz buna görədir ki, hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyi tərəfindən sağlamlıq imkanları məhdud insanlara və sosial xidmətə ehtiyacı olan şəxslərə (ailələrə) verilən qidaların keyfiyyəti əvvəlki illərlə müqayisədə xeyli dərəcədə aşağıdır.
Nazirlikdə Səlim Müslümovun rəhbərlik etdiyi dönəmdən çalışan, korrupsiyanın, maxinasiyanın A-dan Z-yə əlifbasını mənimsəyən Vüqar Behbudovun Sosial Xidmətlər Agentliyində “fəaliyyəti” tərəfindən sağlamlıq imkanları məhdud insanlara və sosial xidmətə ehtiyacı olan şəxslərə (ailələrə) qidaların alınması üçün ayrılan 20 milyon manat vəsaiti öz şirkətlərinə ötürməsi ilə yekunlaşmır.V.Behbudov demək olar ki, Agentliyin həyata keçiridyi bütün layihələrə “nəzarət” altına almağı bacarıb. Belə ki, Nazirliyin sifarişi ilə həyata keçirilən tikinti və təmirlər (fərdi yaşayış evləri və təmirlər) Vüqar Behbudovun nəzarətində olan şirkətlər tərəfindən həyata keçirilir.Maraqlıdır ki, nazirlik tərəfindən təmir və yaxud inşa edilən tikililərin smeta dəyəri də şişirdilir. İlginc məqam isə budur ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində baş verən bu maxinasiya hallarına heç bir hüquq mühafizə orqanları və digər nəzarətedici rəsmi qurumlar reaksiya vermirlər.Sağlamlıq imkanları məhdud insanların psixoloji və sosioloji reabilitasiyaları üçün ayrılan vəsaitlər də Vüqar Behdudova yaxın olan QHT-lərə verilir.
Sosial Xidmətlər Agentliyi Azərbaycan qanunlarına görə sosial xidmətə ehtiyacı olan şəxslərin reabilitasiyası, sosial müdafiəsi və rifahının yaxşılaşdırılması ilə məşğul olur. Agentlik Qanunda nəzərdə tutulmuş xidmətlərlə yanaşı vətəndaşların sanatoriya-kurort göndərişləri (putyovkaları) ilə təmin edilməsini də təşkil edir.Bu məqsədlə hər il dövlət büdcəsindən şəhid ailələrinə, qazilərə və digər imtiyazlı şəxslərə dövlət hesabına ölkədaxili sanatoriyalara göndəriş verilir. Vüqar Behbudov Sosial Xidmətlər Agentliyinə sədr gətirildikdən sonra bu putyovkalara ayrılan vəsaitlər də mənimsənilir. Belə ki, əlil və şəhid ailələrinə ayrılan putyovkaların smetası şişirdilərək Vüqar Behdudova məxsus olan olan istirahət mərkəzlərinə, daha doğrusu, “kafelərə” yönləndirilir.Məsələn, fizioterapiyaların və digər tibbi xidmətlərin olduğu sanatoriyalara 500-550 manata verilən göndərişlər (putyovkalar) Vüqar Behbudova məxsus olan (heç bir tibbi xidmət göstərilməyən) istirahət mərkəzlərinə 800-900 manata verilir.Aydın məsələdir ki, başqa sanatoriyalara 500-550 manata verilən göndərişlərin Vüqar Behbudova aid olan istirahət mərkəzlərinə 800-900 manata rəsmiləşdirilməsində əsas amillərdən biri də “otkad” əməliyyatlarının olmasıdır.Vüqar Behbudov Agentliyə sədr təyin edildikdən bir müddət sonra Quba rayonunda sanatoriya adı altında istirahət mərkəzi tikdirib.Bu gün sanatoriya adı ilə qazilərimiz müalicə və digər tibbi prosedurlardan yararlanmadan həmin məkana sanki gəzintiyə aparılır. Əvvəllər nazirlik tibbi xidmətin olduğu sanatoriyalara putyovkalar verirdilər. Hər il dövlət büdcəsindən qazilərə, əlillərə şəhid ailələrinə sanatoriyalara getmək üçün dövlət büdcəsindən milyonlarla manat vəsait ayrılır. Lakin Vüqar Behbudov bu vəsaitlərin mühüm hissəsini tikintilərə ayırıb öz şirkətlərinə verir. Ehtiyacı olan insanlar üçün ayrılan pullar bu gün Sosial Müdafiə nazirliyinin şişirdilmiş tikinti tenderlərinə xərclənir.
Göründüyü kimi Xuraman Behbudovanın “krışası” onun kimi min manatlar deyil, milyonlar mənimsəməklə məşğuldur. Ümidvarıq ki, tezliklə vətəndaşları dövlətdən narazı salan Behbudovların hər iksi əlaqədar orqanlar tərəfindən cəzalandırılacaqdır.
Mövzuya qayıdacağıq və yazıda adları keçən şəxsləri də dinləməyə hazırıq. /Aktualxeber/
