Tailandda yeni virus aşkarlandı

Tarix :
Tailandda yeni virus aşkarlandı

Tailandın məşhur Phuket adasında infeksiyaların artması ucbatından təcili yardım mərkəzi yaradılıb.
"Turprom" xəbər verir ki, 100-dən çox insan naməlum virusun qurbanı olub.
Ehtimal olunur ki, infeksiya xəstələrin istifadə etdiyi sudan keçib. Bundan sonra onlar şiddətli ishal keçirməyə başlayıblar.
Tibb idarələrinin nümayəndələri yeni epidemiyanın başlanmasından qorxurlar, həmçinin yeni virusun mahiyyətini anlamırlar.
Hazırda virus o qədər də təhlükəli görünmür. İshaldan başqa əlamətlər mədə krampları, qusma və qızdırma ola bilər.