
Gürcüstan, Azərbaycan, Ermənistan və Moldovanın yanğından mühafizə bölmələrinin iştirakı ilə genişmiqyaslı təlimlər keçiriləcək.
Bu barədə Gürcüstan Fövqəladə Halların İdarə Olunması Xidməti açıqlayıb.
"Məşq meşə yanğınları mövzusunda əvvəllər hazırlanmış ssenari ilə iyunun 12-16-da keçiriləcək və məqsədi irimiqyaslı təbii fəlakətlər zamanı koordinasiya və müvafiq qurumlarla əlaqə yaratmaqdır", - məlumatda deyilir.
