Məscidin həyətində özünü doğradı

Tarix :
Məscidin həyətində özünü doğradı

Zaqatalada 50 yaşlı kişi məscidin həyətində özünə xəsarət yetirib. 
Hadisə rayonun Car kəndi ərazisindəki məscidin həyətində baş verib. Zaqatala şəhər  sakini 1973-cü il təvəllüdlü Musa Xəlil oğlu Xəlilov kəsici alətlə özünün boyun nahiyəsinə xəsarət yetirib. M. Xəlilov Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onun əsəb xəstəliyindən əziyyət çəkdiyi bildirilir. 
Faktla bağlı araşdırma aparılır.