
“Mayın 8-dən iyunun 4-nə qədər dünyada 1,7 milyondan çox insan koronavirusa yoluxub. 10 463 nəfər isə dünyasını dəyişib”.
TASS xəbər verir ki, bu barədə məlumatı Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yayıb.
Məlumata görə, daha əvvəlki 28 günlə müqayisədə dünyada koronavirusdan ölüm halları 47%, yoluxma isə 38% azalıb.
Bildirilir ki, sözügedən dövr ərzində ən çox yoluxma Koreya Respublikasında qeydə alınıb. Belə ki, mayın 8-dən iyunun 4-nə qədər bu ölkədə 470 093 nəfər COVID-19-a yoluxub.
Qeyd edək ki, ÜST-nin iyunun 7-nə olan məlumatına görə, dünyada ümumilikdə 767 750 853 yoluxma halı qeydə alınıb, 6 941 095 nəfər isə həyatını itirib.
