Bakıda ata uşağına görə aptekdən yemək oğurladı

Tarix :
Bakıda ata uşağına görə aptekdən yemək oğurladı

Bakıda aptekdən oğurluq olub.
 
Lent.az xəbər verir ki, hadisə Yeni Günəşli qəsəbəsində qeydə alınıb.
Bir nəfər aptekdən 100 manat dəyərində uşaq yeməyi oğurlayıb. Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən 21 yaşlı İlkin Məmişov tutulub.
O, övladı ac qalmasın deyə bu addımı atdığını bildirib.