Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Türkiyə-Gürcüstan sərhədində yük maşınlarının 10 km-lik növbəsi yaranıb

Tarix :
Türkiyə-Gürcüstan sərhədində yük maşınlarının 10 km-lik növbəsi yaranıb

Türkiyə ilə Gürcüstan arasında "Sarp" Sərhəd Qapısında gözləyən yük avtomobillərinin növbəsinin uzunluğu 10 kilometrə çatır.
Bu barədə məlumatı "Haber Global” yayıb.
Bildirilib ki, Gürcüstan tərəfi Rusiyaya və Belarusa gedən yük maşınlarını saxlayıb. Növbədə uzun müddət gözləyən yük maşınlarının sürücüləri isə öz narazılıqlarını bildiriblər.
Həmçinin qeyd olunub ki, bu vəziyyət Azərbaycana gedən yük maşınlarına da təsir göstərib.
Bu səbəbdən də sərhədin Gürcüstan hissəsində sıxlıq yaranıb.