Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Paytaxtın hansı küçələrində sıxlıq var? - SİYAHI

Tarix :
Paytaxtın hansı küçələrində sıxlıq var? - SİYAHI

Paytaxtda sıxlıq olan küçə və prospektlər açıqlanıb.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən verilən məlumata görə, sıxlıq olan yollar aşağıdakılardır:
1. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində;
2. Binəqədi şosesi, hər iki istiqamətdə;
3. Kənar Dairəvi yol, Yeni Yasamal istiqamətində;
4. Ziya Bünyadov prospekti, “Çermet” körpüsündən hər iki istiqamətdə;
5. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
6. “20 Yanvar” dairəsində;
7. Tbilisi prospekti, mərkəz və “20 Yanvar” metro stansiyası istiqamətində;
8. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
9. Bakıxanov küçəsi, “Dədə Qorqud” parkı istiqamətində;
10. Heydər Əliyev prospekti köməkçi və əsas yol, mərkəz istiqamətində;
11. Ağa Nemətulla küçəsi, “Nəriman Nərimanov” metro stansiyası istiqamətində;
12. Koroğlu Rəhimov küçəsi, hər iki istiqamətdə;
13. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində;
14. Babək prospekti, mərkəz istiqamətində;
15. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;
16. Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində;
17. Üzeyir Hacıbəyli küçəsi, Cavanşir körpüsündən Azadlıq prospekti ilə kəsişməyə qədər;
18. Niyazi küçəsi, hər iki istiqamətdə;
19. Mikayıl Hüseynov prospekti, Bayraq Meydanının qarşısından Azneft dairəsi istiqamətində.