Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Fazil Məmmədovun cənazəsi Azərbaycana gətirildi (YENİLƏNİR)

Tarix :
Fazil Məmmədovun cənazəsi Azərbaycana gətirildi (YENİLƏNİR)

Ötən gecə Türkiyədə vəfat edən Azərbaycanın keçmiş vergilər naziri Fazil Məmmədovun cənazəsi Bakıya gətirilib.

Bu barədə "Report"a onun ailəsindən məlumat verilib.

Bildirilib ki, sabiq nazirin cənazəsi yaşadığı evə aparılıb.

F.Məmmədov noyabrın 5-də Yasamal qəbiristanlığında torpağa tapşırılacaq.

Qeyd edək ki, F.Məmmədov ötən gecə Türkiyədə müalicə olunduğu xəstəxanada dünyasını dəyişib. Onun ürək çatışmazlığından vəfat etdiyi bildirilib.

Xatırladaq ki, F.Məmmədov 1964-cü ildə anadan olub. O, 2000-2017-ci illərdə vergilər naziri vəzifəsində çalışıb.

12.57
 
Ötən gecə Türkiyədə vəfat edən Azərbaycanın keçmiş vergilər naziri Fazil Məmmədov noyabrın 5-də dəfn olunacaq.

Bu barədə Qaynarinfo-ya onun ailəsindən məlumat verilib.

Bildirilib ki, sabiq nazirin cənazəsi bu gün Azərbaycana gətiriləcək və o, sabah Yasamal qəbiristanlığında torpağa tapşırılacaq.