
“Tərəflər Cənubi Qafqaz regionunda sülhsevər gələcəyə doğru fəaliyyətini davam etdirdiyi üçün bu ay Vaşinqtonda Ermənistan və Azərbaycan arasında danışıqların növbəti raundunu səbirsizliklə gözləyirik”.
Bu sözləri ABŞ Dövlət Departamentinin mətbuat katibinin köməkçisi Vedant Patel deyib.
O bildirib: “Artıq demişəm ki, birbaşa dialoq problemlərin həlli, sabit və uzunömürlü sülhə nail olmaq üçün açardır.
ABŞ Ermənistan və Azərbaycan arasında danışıqların, o cümlədən liderlərin son görüşünün müxtəlif platformalarda getməsindən məmnundur”.
