Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Yeni nəsil kompüterlər gəlir – hansı YENİLİKLƏR var?

Tarix :
Yeni nəsil kompüterlər gəlir – hansı YENİLİKLƏR var?

HP şirkəti təkmilləşdirilmiş arxitekturaya sahib yeni nəsil kompüter hazırladığını elan edib.
Xarici KİV bildirir ki, hazırlanan yeni nəsil kompüterlər istifadəçilərə süni zəka alqoritmləri ilə qarşılıqlı əlaqədə olmaq imkanını verəcək. Bu nailiyyətin əldə edilməsi üçün HP öz güclərini NIVIDIA, AMD və Qualcomm ilə birləşdirib. Bununla yanaşı, şirkət bu istiqamətdə proqram təminatı tərtibatçıları ilə də əməkdaşlıq edir.
HP-nin CEO-su Enrique Lores-in sözlərinə əsasən yeni nəsil kompüterlər artıq 2024-cü ildə satışa çıxacaqlar və ənənəvi kompüterlərdən fərqlənəcəklər. Bu cür kompüterlərdə olacaq sistem istifadəçinin təbii dil vasitəsilə daxil etdiyi sorğuları emal edərək müəyyən nəticələr çıxaracaq.
Hazırlanan bu yeni nəsil kompüterlər əsasən korporativ sahədə böyük tələbata sahib olacaqlar. Həmin kompüterlərdən tam şəkildə istifadə etmək üçün bulud serverlərə qoşulmaq lazım gələcək. Bütün hesablama prosesi heç də yalnız lokal şəbəkə daxilində reallaşdırılmayacaq. Əlavə olaraq yeni nəsil kompüterlərdə olacaq təkmilləşdirilmiş arxitektura konfidensial məlumatların təhlükəsizliklərini təmin etməyə, məlumatların sürətlə analiz və emal edilmələrinə imkan verəcək. HP yeni nəsil kompüterlərin texniki göstəriciləri və satış qiymətləri barəsində məlumatları daha sonra təqdim edəcək.