Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Ermənistan əsir düşmüş hərbçimizin "məhkəmə"sini keçirəcək

Tarix :
Ermənistan əsir düşmüş hərbçimizin "məhkəmə"sini keçirəcək

Aprelin 10-da yolu azaraq Ermənistan tərəfinə keçən hərbçilərimizdən biri Hüseyn Axundovun "məhkəmə"si keçiriləcək.
Erməni mətbuatı xəbər verir ki, qarşı tərəf hərbçimizi guya Zəngəzurda mis-molibden kombinatının 57 yaşlı mühafizəçisi Hayrapet Meliksetyanı qətlə yetirməkdə təqsirləndirib.
Yalançı cinayət işi üzrə məhkəmə prosesi Zəngəzur Baş Yurisdiksiya Məhkəməsinin hakimi Napoelon Ohanyana həvalə edilib. İlkin dinləmələr günü iyunun 9-u saat 16:00-a təyin edilib.