Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Hansı şagirdlərə qırmızı attestat verilir?

Tarix :
Hansı şagirdlərə qırmızı attestat verilir?

Şagirdin qırmızı attestat alması üçün buraxılış imtahanlarında yüksək qiymət almalıdır.
Bu barədə Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev 2022-2023-cü tədris ilinin yekunları, növbəti tədris ili üzrə gözləntilər və digər məsələlərlə bağlı media nümayəndələri ilə keçirilən görüşdə deyib.
“Buraxılış imtahanından zəif nəticə göstərən şagirdin qırmızı attestat alması halı mümkün deyil”,- deyə o əlavə edib.
Qeyd edək ki, Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvü, millət vəkili Etibar Əliyev qeyd edib ki, 2022-ci ildə məktəbləri qırmızı attestatla bitirən şagirdlərin bir qisminin imtahan nəticələri 0-200 bal arasında olub.