Bir gecədə xolesterolu azaltmaq üçün SADƏ ÜSUL

access_time5-06-2023, 12:49 visibility13 categoryXəbərlər
Almaniyanın Yohannes Qutenberq Universitetinin alimləri müəyyən ediblər ki, gecələr pəncərənin bağlanması stressi azaltmağa kömək edir və bu, qanda “pis” xolesterinin artmasının qarşısını alır.
Tədqiqatın nəticələri "Noise & Health" jurnalında dərc olunub.
Qapalı pəncərə insanın yatdığı otaqda səs-küy səviyyəsini azaldır. Yuxu zamanı beyin oyaq olduğumuz zamandan daha çox səs-küyə həssas olduğu üçün, bu səslər gecə stress yaradır. Stress həm də hormonların, o cümlədən kortizolun istehsalına gətirib çıxarır ki, bu da uzun müddətdə yüksək xolesterol səviyyəsinə və yüksək qan təzyiqi yaradır.
Müəlliflər hətta yayda, xüsusən də sıx magistral yolların yaxınlığında yaşayan şəhər sakinlərinə bağlı pəncərələrlə yatmağı məsləhət görürlər.
Facebook'da Paylaş Telegram'da Paylaş Twitter'da Paylaş Whatsapp'da Paylaş