Neslihandan xəyanət iddialarına növbəti cavab

access_time5-06-2023, 12:27 visibility15 categoryXəbərlər
Türkiyəli tanınmış sima, aktrisa, model Neslihan Atagül aldadılma xəbərləri ilə bağlı yenidən açıqlama verib.
Sənətçi “Ay Yapım” gecəsində jurnalistlərin suallarını cavablandırıb. O, söhbət zamanı aldadılma mövzusuna toxunaraq bir daha məsləyə aydınlıq gətirib.
“Bilirsiniz ki, bu günə kimi heç birinizə nəzakətsiz şəkildə davranmamışam. Həqiqətən mən nə deyirəmsə deyim siz dediyiniz hər şeyin mahiyyəti hər kəsə görə fərqli başa düşülür və yozulur. Mən bunları demişdim... Təkrar deyirəm... Yazılanlar heç bir reallığı əks etdirmir. Biz halımızdan məmnunuq. Kefimiz, xoşbəxtliyimiz yerindədir. Sizlərdə yaxşı olun, biz bunu istəyirik” – deyə aktrisa bildirib.
Facebook'da Paylaş Telegram'da Paylaş Twitter'da Paylaş Whatsapp'da Paylaş