"Ermənistan Qarabağın statusu ilə bağlı danışıqlar aparmaq iddiasında deyil" - Mirzoyan

access_time5-06-2023, 12:15 visibility13 categoryXəbərlər
Ermənistan Qarabağın statusu ilə bağlı danışıqlar aparmaq iddiasında deyil, çünki bunun üçün mandatı yoxdur.
Bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan 2022-ci il büdcəsinin icrasının müzakirəsi zamanı bildirib.
"Bəli, biz Qarabağ xalqından onun gələcəyi ilə bağlı danışıqlar aparmaq üçün mandat almamışıq. Və statusun müəyyən edilməsi məsələsində biz iddia və buna cəhd də etmirik", - deyə Mirzoyan qeyd edib. 
Nazir əlavə edib ki, İrəvan Ermənistan-Azərbaycan nizamlanması prosesində yalnız Qarabağ xalqı ilə rəsmi Bakı arasında dialoq mexanizmini müzakirə edir.
Facebook'da Paylaş Telegram'da Paylaş Twitter'da Paylaş Whatsapp'da Paylaş