Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Pensiyaçı Antalyada tətildən sonra Münhen yerinə Moskvaya uçdu

Tarix :
Pensiyaçı Antalyada tətildən sonra Münhen yerinə Moskvaya uçdu

Münhendən olan təqaüdçü Antalyada tətil etdikdən sonra Moskvaya uçub.
Xarici media məlumatına görə, hadisə mayın 26-da baş verib. 79 yaşlı qadın Antalyada on günlük tətildən sonra Münhenə getməliymiş. Uçuş vaxtını gözləyərkən başqa bir minmə qapısına aparılıb. Nəticədə qadın Moskvaya uçan təyyarəyə minmək üçün səhvən növbəyə dayanıb.
Rusiya paytaxtında qadın Türkiyəyə dönüş reysi verilənə qədər hava limanında bir neçə saat gözləməli olub. İstanbul hava limanında təqaüdçü gecəni oturacaqda keçirib, səhər isə müvəffəqiyyətlə Münhenə uçan təyyarəyə minib.
Nəticədə qadın 30 saat yolda qalıb və Moskvaya uçuş həyata keçirən Türk Hava Yollarından təzminat tələb etmək niyyətindədir.