Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Dolu düşüb, 35 dərəcə isti olub - Faktiki hava

Tarix :
Dolu düşüb, 35 dərəcə isti olub - Faktiki hava

İyunun 5-i saat 11:00-a olan məlumatına əsasən axşam və gecə bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, düşən yağıntının miqdarı Balakən, Qax, Qrız, Sabirabad, Yevlax, Tərtər,  Şahdağ, Şəki, Zaqatala, Ağstafa, Şəmkir, Naftalan, Daşkəsən, Sədərək, Şərur, Naxçıvanda 2 mm-dək olub.
Gədəbəy rayonunun Zəhmət kəndində saat 18:35-18:45 radələrində  diametri 4-6 mm,  Quba rayonunun Qudyalçay-Qımıl məntəqəsinə isə  saat 20:28-20:32 radələrində xırda  dənəli dolu düşüb.
Qərb küləyi Naxçıvanda və Naftalanda arabir 20 m/s, Mingəçevirdə 16 m/s -dək güclənib. Şahdağ, Lerik, Qrızda duman müşahidə olunub.
Havanın temperaturu iyunun 4-də iqlim normasından 4.7 dərəcə  yuxarı olub, havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 31, Naxçıvanda 35, dağlıq rayonlarda 29, yüksək dağlıq ərazilərdə 16, Aran rayonlarında 35 dərəcəyədək  isti olub.