Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

F-16 mülki təyyarəni vurdu

Tarix :
F-16 mülki təyyarəni vurdu

Amerikanın F-16 qırıcı təyyarəsi Virciniya ştatının cənub-qərbində mülki Cessna 560 Citation V təyyarəsini vurub. 
Bu barədə Şimali Amerika Hava Hücumundan Müdafiə Komandanlığı (NORAD) bildirib.
Məlumata görə, Vaşinqton səmasında uçan mülki təyyarənin pilotu F-16 qırıcısının təmas cəhdlərinə cavab verməyib.
"Şəraitə görə F-16-ya səsdən daha yüksək sürətlə uçmağa icazə verilib və bu, Kolumbiya, Merilend və Virciniya əyalətlərində güclü səs dalğası ilə nəticələnib. Qırıcı pilotun diqqətini cəlb etmək məqsədilə məşəllərdən istifadə edib", - deyə məlumatda qeyd olunub.