Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

"Prius"un vurduğu piyada xəstəxanada ÖLDÜ

Tarix :
"Prius"un vurduğu piyada xəstəxanada ÖLDÜ

Mayın 20-sində 1993-cü il təvəllüdlü Qasımov Rasim Əfqan oğlunun idarə etdiyi "Toyota Prius"  markalı avtomobillə  Bakı şəhəri, Binəqədi rayonu, DSK yolu Qardaşlar mebel mərkəzinin yaxınlığında hərəkətdə olan zaman yolu keçən piyadalar 2002-ci il təvəllüdlü Bayramov Naməd Ceyhun oğlu və 2001-ci il təvəllüdlü Hüseynli Əvəz Əvəz oğlunu vurub.
Nəticədə Ə.Hüseynli az ağır bədən xəsarəti alıb, N.Bayramov isə iyunun 2-də tarixdə müalicə aldığı KTM-də ölüb.
Faktla bağlı Binəqədi RPİ-nin İŞ-də Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə cinayət işi başlanmaqla ibtidai istintaq aparılır.