Belçikalı "Kiçik Eynşteyn" 12 yaşında doktoranturaya hazırlaşır

access_time4-11-2022, 16:20 visibility11 categoryXəbərlər / Dünya
 Belçikanın sahilyanı Ostende şəhərində doğulan və istedadı sayəsində təhsil həyatının pillələrini sürətlə yüksəldən 12 yaşlı Laurent Simons-un magistratura təhsilini başa vurduğu və tezliklə Almaniyada doktoranturaya hazırlaşdığı açıqlanıb. Almaniyada fizika üzrə doktorluq hazırlığına başladığı bildirilən Simonsun həyatından bəhs edən film də çəkəcəyi iddia edilib. Bildirilib ki, "Kiçik Eynşteyn” kimi tanınan Simons 145 İQ-ya malikdir və bu səviyyə məşhur fiziklər Albert Eynşteyn və Stefan Hokinqə yaxındır. İlk dəfə 9 yaşında universitetə başlayan və 11 yaşında məzun olan dahi uşaq 12 yaşında 88 GPA ilə 
magistratura təhsilini başa vurub.

Facebook'da Paylaş Telegram'da Paylaş Twitter'da Paylaş Whatsapp'da Paylaş