Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Türkiyə Qara dənizdən keçən gəmilər üçün rüsumu artırdı

Tarix :
Türkiyə Qara dənizdən keçən gəmilər üçün rüsumu artırdı

Türkiyə ticarət gəmilərinin Qara dənizin Bosfor və Dardanel boğazlarından keçməsinə görə rüsumları 8,3% artıracaq. 
Türkiyə mətbuatı xəbər verir ki, qərar iyulun 1-dən tətbiq olunmağa başlayacaq. 
Bildirilib ki, Montrö Boğazları haqqında Konvensiyaya uyğun olaraq, Türkiyə boğazlarından keçən gəmilərə tətbiq edilən vergi və rüsumlar 4,42 ABŞ dolları artıb.
"2023-cü il iyulun 1-dən etibarən ticarət gəmisinin xalis tonajı üçün 8,3% təşkil edəcək", - Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyi yanında Dəniz İşləri Baş İdarəsinin qərarında qeyd olunub. 
Türkiyənin boğazları keçməkdən əldə etdiyi gəlir 2023-cü ildə 900 milyon dollara çatacaq.