Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Nəzarətdən çıxan kosmik raket bu bölgəyə düşdü - YENİLƏNİB

Tarix :
Nəzarətdən çıxan kosmik raket bu bölgəyə düşdü - YENİLƏNİB

Nəzarətdən çıxan Çinə məxsus daşıyıcı raket Sakit Okeanın orta cənub bölgəsində atmosferə girərək Yerə düşüb. 
Xarici KİV xəbər verir ki, oktyabrın 31-də Çinin Tianqonq Kosmik Stansiyasına sonuncu modulu daşımaq üçün kosmosa buraxılan 23 tonluq raket Yerə çırpılıb.
"Çin raketi Sakit Okeanın orta cənub bölgəsində atmosferə daxil olub və Yerə düşüb", - ABŞ Kosmik Komandanlığının bəyanatında deyilir.
xxx
11:41
Çinin kosmosa göndərdiyi raket geri qayıdarkən idarədən çıxıb, hazırda onun Yerə hara düşəcəyi məlum deyil. 
Xarici KİV xəbər verir ki, son modulu Çinin Tianqonq Kosmik Stansiyasına daşımaq üçün oktyabrın 31-də buraxılan "Long March 5B" adlı daşıyıcı raket saatda 28 min kilometr sürətlə dövrə vuraraq Yerə yaxınlaşır.
Müxtəlif kosmos təşkilatları sosial mediadan ani məlumatlarla 23 tonluq raketin marşrutunu hesablamağa çalışır.
Raketin Hind okeanındakı Madaqaskar sahillərinə düşəcəyi gözlənilsə də, bu, bir anda dəyişir.
Raketin düşəcəyi ehtimal edilən marşruta Şimali Amerika, Afrika və Avstraliya daxildir.İdarədən çıxan daşıyıcının bu gün günorta və ya axşam saatlarında yerə düşə biləcəyi bildirilir.