Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

KİV: İsrail-Misir sərhədində atışma - Yaralananlar var

Tarix :
KİV: İsrail-Misir sərhədində atışma - Yaralananlar var

İsrail ordusunun mətbuat xidməti Misirlə sərhəd yaxınlığında atışma baş verdiyini bildirib.
 
İsrail mətbuatı xəbər verir ki, hərbçilər digər təfərrüatları açıqlamdan Misirlə sərhəd yaxınlığında atışma getdiyini bildiriblər.
İsrailin Kan radiosu Misirlə sərhəddə, Nitzana yaxınlığında təhlükəsizlik qüvvələrinin arasında baş verən insidentdə iki nəfərin yaralandığını bildirib.
“The Times of Israel” İsrail-Misir sərhədində narkotik qaçaqmalçılığı cəhdlərinin tez-tez yatırıldığını bildirərək qeyd edir ki, son illərdə bölgədə qaçaqmalçılarla İsrail əsgərləri arasında bir neçə atışma olub.