Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Ukrayna ayda 1000 ədəd PUA istehsal edəcək

Tarix :
Ukrayna ayda 1000 ədəd PUA istehsal edəcək

Ukraynada pilotsuz uçuş aparatları (PUA) istehsalı genişləndiriləcək.
Bu barədə Ukrayna ordusunun PUA zabiti Valeriy Borovik CNN-ə açıqlamasında bildirib. 
O qeyd edib ki, Ukraynadakı müdafiə zavodu ilə müqavilə imzalanıb. Proqnozlara görə, Ukraynada ayda 50 deyil, 1000-dən çox PUA istehsal ediləcək. 
Şirkətin hazırladığı “Vidsyiç” pilotsuz uçuş aparatı 40 km uçuş məsafəsinə malikdir və 2-3 kq ağırlığında döyüş başlığı daşıya bilir.