Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

"Ukrayna əks hücuma hazırdır" - Zelenski

Tarix :
"Ukrayna əks hücuma hazırdır" - Zelenski

"Ukrayna əks-hücum üçün hazırdır".

Bunu prezident Volodimir Zelenski "The Wall Street Journal”a müsahibəsində deyib.

Onun sözlərinə görə, Ukrayna əks-hücum üçün bəzi əlavə resurslara sahib olmaq istəsə də, aylarla gözləyə bilməz: "Bunun nə qədər vaxt aparacağını və hansı qiyməti ödəyəcəyimizi dəqiq bilmirəm".


Zelenski həmçinin qeyd edib ki, Rusiya hava üstünlüyünə malikdir və düşmən təyyarələrindən müdafiənin olmaması əks-hücum zamanı çoxlu əsgərin ölə biləcəyi anlamına gəlir. Dövlət başçısı vurğulayıb ki, Ukraynanın həm mülki əhalini, həm də cəbhə xəttindəki əsgərləri qorumaq üçün əlavə "Patriot” komplekslərinə ehtiyacı var.

Qeyd edək ki, ABŞ Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbinin bundan əvvəl Birləşmiş Ştatlar və müttəfiqlərin Ukraynanı əks-hücuma hazırlamaq üçün mümkün olan hər şeyi etdiyini detib: "Biz Ukraynanın əks-hücum üçün ehtiyaclarını ödəmişik. Onlar nə vaxt istəsə, başlaya bilər. Amma biz əminik ki, buna hazırlaşmaq üçün mümkün olan hər şeyi etmişik”.

Ötən gün Zelenski gözlənilən əks-hücumdan bəhs edərək, cəmiyyətin onun başlanğıcını hiss edəcəyini qeyd edib. Onun sözlərinə görə, Ukrayna üçün Rusiyanın əks hücumu görməsi və hiss etməsi vacibdir.