Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Qadın sağlamlığı üçün ən faydalı mineral

Tarix :
Qadın sağlamlığı üçün ən faydalı mineral

Mütəxəssislər qadın sağlamlığı üçün ən faydalı mineralı açıqlayıblar.
Xarici mətbuatın verdiyi məlumata görə, dietoloq Abiqail Basson bildirir ki, sink qadınlar üçün çox faydalı olan vacib mineraldır.
Onun sözlərinə görə, sink insan orqanizmində müxtəlif fizioloji proseslər üçün vacibdir:
“O, mikronutrientlər kateqoriyasındadır. İmmunitet sistemini gücləndirir, iltihabı azaldır və sümük sağlamlığını dəstəkləyir. Sink həmçinin reproduktiv sağlamlıqda rol oynayır, qoxu, dad hissini və beyin fəaliyyətini yaxşılaşdırır. Bundan əlavə, sink yaraların sağalmasını sürətləndirir, dərinin sağlamlığını yaxşılaşdırır və göz sağlamlığını qoruyur. Qan damarlarını qoruyaraq və qan təzyiqini tənzimləyərək ürək sağlamlığını dəstəkləyir. Yetkin qadınların əksəriyyəti gündə 8 mq sink qəbul etməlidir”.