Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Uşaq ona hücum edən ilanı dişləyərək öldürüb

Tarix :
Uşaq ona hücum edən ilanı dişləyərək öldürüb

Hindistanın Çhattisgarh əyalətinin Caşpur rayonunda bir uşaq ona hücum edən kobranı dişləyərək öldürüb.

Bu barədə "The Siasat Daily" məlumat yayıb.

8 yaşlı Dipak həyətində oynayan zaman zəhərli ilan ona hücum edib və onu dişləyib. Sürünən uşağın qoluna sarılıb. Ondan qurtula bilməyən uşaq kobranı iki dəfə dişləyib. Nəticədə ilan ölüb.

Uşaq təcili xəstəxanaya yerləşdirilib və ona antidot vurulub. Kobra zəhəri buraxmadığı üçün həkimlər gün ərzində Dipakın vəziyyətini müşahidə edərək onu evə buraxıblar. Quru dişləmə ölümcül olmasa da, çox ağrılıdır və dişləmə yerində şiddətli şişkinlik yarana bilər.