Bu barədə AQTA məlumat yayıb.
Bildirilib ki, yoxlama zamanı istehsal müəssisəsində gigiyena tələblərinə əməl edilmədiyi, sanitar-texniki və sanitar-gigiyenik vəziyyətin normativlərə cavab vermədiyi müşahidə edilib.
Belə ki, xammal və inqrediyentlərin saxlanma şəraitinə, çörək bişirilməsində istifadə olunan avadanlıqların təmizliyinə riayət edilmədiyi, həmçinin müvafiq təmizlik işlərinin aparılmadığı, işçi heyətin ilkin və dövri tibbi müayinədən keçirilmədiyi və digər nöqsanlar məlum olub. Aşkar edilmiş faktlarla bağlı qanunvericiliyə uyğun olaraq sahibkar barəsində inzibati protokol tərtib edilib, müəssisənin fəaliyyəti məhdudlaşdırılıb və icrası məcburi göstərişlər verilib.


