Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Azərbaycana səfəri ləğv olundu, İrəvana gedir

Tarix :
Azərbaycana səfəri ləğv olundu, İrəvana gedir

İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf Ermənistanın paytaxtı İrəvana səfər edəcək.
Bu barədə Ermənistan parlamentinin mətbuat katibi açıqlama verib. Səfərin konkret vaxtı açıqlanmasa da, Qalibafın İrəvana dəvət olunduğu bildirilib.
Qeyd edək ki, bir neçə gün öncə Məhəmməd-Baqir Qalibafın Azərbaycana səfər edəcəyi barədə məlumat yayılmışdı. Bu barədə İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan azərbaycanlı həmkarı Ceyhun Bayramovla telefon danışığında məlumat verib. Lakin sonradan səfər birtərəfli şəkildə ləğv olunub.