Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Aİ Bakı və İrəvan arasında delimitasiya ilə bağlı BƏYANAT YAYDI

Tarix :
Aİ Bakı və İrəvan arasında delimitasiya ilə bağlı BƏYANAT YAYDI

Avropa İttifaqı (Aİ) Azərbaycan və Ermənistanın sərhədlə bağlı məsələlərin həlli üzərində işləri davam etdirməyə hazırlığını yüksək qiymətləndirir.
Trend bildirir ki, bu barədə ötən gün Brüsseldə keçirilmiş danışıqların yekununda Aİ Xarici siyasi xidmətinin bəyanatında deyilir.
Bəyantda qeyd olunur: "Aİ görüşün keçirildiyi müsbət mühiti və tərəflərin sərhədlə bağlı məsələlərin həlli, eləcə də təhlükəsizlik sahəsində vəziyyətin yaxşılaşdırılması üzərində işləri davam etdirməyə hazırlığını yüksək qiymətləndirir".
Bu görüş Azərbaycan Prezidenti İlham Əliyev, Aİ Şurasının prezidenti Şarl Mişel və Ermənistan baş naziri Nikol Paşinyan arasında Brüsseldə keçirilmiş görüş zamanı əldə olunmuş razılaşmalardan sonra baş tutub.