
Dünyaca məşhur aktyor Al Paçino tezliklə dörd uşaq atası olacaq.
82 yaşlı aktyor və sevgilisi Noor Alfallah körpə gözləyir. Xəbəri Paçinonun nümayəndəsi təsdiqləyib.
Qeyd edək ki, 29 yaşlı Alfallah 2022-ci ilin aprelindən bəri Paçino ilə sevgilidir.Kino ulduzunun başqa münasibətlərindən 3 övladı - 33 yaşlı qızı Culi Paçino, 22 yaşlı əkizləri - Oliviya Paçino və Anton Ceyms Paçino var. 

