
“Toni Erdman” filminin ulduzu Peter Simonişek vəfat edib.
Ağır xəstəlikdən əziyyət çəkən aktyor 77 yaşında Vyanada dünyasını dəyişib.
Qeyd edək ki, P.Simonişek "Toni Erdmann", "Zamansız. Yaqut kitabı", "Fantastik heyvanlar: Dambldorun sirləri" kimi filmlərlə məşhurlaşıb. "Toni Erdman" BAFTA, Qızıl Qlobus, Oskarda "Ən yaxşı xarici film" kateqoriyasında namizəd olub. Ekran işi Kann Film Festivalında mükafat qazanıb.
