Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

İspaniya hava məkanını bağladı

Tarix :
İspaniya hava məkanını bağladı

İspaniyada bir çox hava limanı Çin raketinin nəzarətdən çıxması səbəbindən uçuşları təxirə salıb.  
Xarici KİV xəbər verir ki, Barselona, Tarragona, İbiza və Reusa hava limanlarında giriş və çıxışların dayandırıldığı məlum olub.
"CZ-5B kosmik obyektinin İspaniyanın hava məkanını keçməsi ilə bağlı risk səbəbindən Kataloniya və digər icmalarda uçuşlar səhər saat 9.38-dən axşam 22.18-ə qədər tamamilə məhdudlaşdırılıb", - Kataloniya Mülki Müdafiə Agentliyinin sözçüsü bildirib.
Çinin Tianqonq Kosmik Stansiyasına daşımaq üçün oktyabrın 31-də buraxılan raketin Yerə qayıtması bir çox ölkələrdə narahatlıq yaradıb.