Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Fazil Məmmədovun dəfn vaxtı və yeri bilindi - YENİLƏNİB

Tarix :
Fazil Məmmədovun dəfn vaxtı və yeri bilindi - YENİLƏNİB

Ötən gecə Türkiyədə vəfat edən Azərbaycanın keçmiş vergilər naziri Fazil Məmmədov noyabrın 5-də dəfn olunacaq.
Bu barədə "Report"a onun ailəsindən məlumat verilib.
Bildirilib ki, sabiq nazirin cənazəsi bu gün Azərbaycana gətiriləcək və o, sabah Yasamal qəbiristanlığında torpağa tapşırılacaq.
*** 11:50
"Fazil Məmmədovun vəziyyəti qəfil pisləşdi və dünyasını dəyişdi".
Bunu açıqlamasında Fazil Məmmədovun yeznəsi, Binəqədinin sabiq başçısı Xaləddin İsgəndərov deyib:
"Dünən Türkiyədə səhhəti yaxşı idi. Qəfil halı pisləşdi və dünyasını dəyişdi. Hazırda onun cənazəsinin Azərbaycana gətirilməsi üçün tədbirlər görülür. Mərhumun harada dəfn olunacağı və yas mərasiminin keçiriləcəyi yer hələ ki, dəqiqləşdirilməyib". 
*** 09:11
Sabiq vergilər naziri Fazil Məmmədov ötən gecə Türkiyədə dünyasını dəyişib.
Bu barədə məlumat sosial şəbəkələrdə yayılıb.
Eks-nazir bir müddət idi Türkiyədə müalicə olunurdu. O, Bakıda dəfn ediləcək.
Qeyd edək ki, F.Məmmədov 2000-2017-ci illərdə Azərbaycanın vergilər naziri olub.