Yunanıstanda insan alveri ilə məşğul olan polislər saxlanıldı

Tarix :
Yunanıstanda insan alveri ilə məşğul olan polislər saxlanıldı

Yunanıstanın Meriç bölgəsində insan qaçaqmalçılığı ilə əlaqəsi olan  5 sərhəd polisi saxlanılıb. 
Bu barədə Yunanıstan Dövlət Agentliyi AMNA məlumat yayıb
Bildirilir ki, Dimetoka Sərhəd Mühafizə Birliyində çalışan 5 sərhəd polisinin insan qaçaqmalçılığı şəbəkəsinə bağlı olduqları səbəbiylə nəzarətə alınıb. 
Araşdırmalar çərçivəsində 2022-ci ilin oktyabr ayından sözügedən polislərin telefon zənglərinin dinlənildiyi qeyd edilib.
Polislər barəsində cinayət işi açılıb.