Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Bu ölkədə 180 döyüş təyyarəsi hərəkətə keçdi

Tarix :
Bu ölkədə 180 döyüş təyyarəsi hərəkətə keçdi

Cənubi Koreyanın bölgədə ABŞ ilə birgə keçirdiyi hava təliminə bir-birinin ardınca raket sınaqları və artilleriya atışları ilə cavab verən Şimali Koreya, Vaşinqton-Seul ittifaqını qorxutmaq üçün bu dəfə döyüş təyyarələrini havaya qaldırıb.
 
Xarici medianın məlumatına görə, Cənubi Koreya Baş Qərargahından verilən açıqlamada, iki ölkə arasındakı hərbi sərhəd xəttinin şimalına uçan 180 Şimali Koreya döyüş təyyarəsinin təsbit edildiyi bildirilib.
Şimali Koreya təyyarələrinin qərb və şərq sahilləri ilə yanaşı, ölkə daxilində də uçduğu, Seulun isə cavab olaraq F-35A gizli qırıcıları da daxil olmaqla 80 təyyarəni havaya qaldırdığı bəyan edilib.