
Azərbaycan taekvonduçusu Cavad Ağayev Bakıda keçirilən dünya çempionatına qələbə ilə başlayıb.
68 kiloqram çəki dərəcəsində qüvvəsini sınayan yığma üzvü 1/32 finalda Eldar Kurmanaliyevi (Qırğızıstan) məğlub edib.
O, 2:0 hesabı ilə qələbə qazanıb.
Cavad növbəti döyüşündə çinli Çenminq Xiao ilə qüvvəsini sınayacaq.
Qeyd edək ki, dünya çempionu olacaq idmançı aktivinə 140 reytinq xalı əlavə edəcək.
