"Report" xəbər verir ki, yağışlar nəticəsində Qaraçay çayında suyun səviyyəsi artıb.
Yaranan sel suları çayın yatağı ətrafında yerləşən fərdi yaşayış evlərinin həyətlərinə dolub. Nəticədə sel bir çox rayon sakininin fərdi yaşayış evinə və təsərrüfatına ziyan vurub.
Aşağı Ağcakənd qəsəbəsi və Börü kəndində avtomobil yolları bağlanıb. Hazırda yollarda hərəkətin bərpa edilməsi istiqamətində aidiyyəti qurumlar tərəfindən operativ işlər görülür.


