Rusiya Dneprə raket zərbələri endirdi: 1 nəfər öldü, 15 nəfər yaralandı

Tarix :
Rusiya Dneprə raket zərbələri endirdi: 1 nəfər öldü, 15 nəfər yaralandı

Rusiya ordusu Ukraynanın Dnepr şəhərinə raket zərbələri endirib. 
“Report” xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski teleqramda yazıb. 
O bildirib ki, şəhərdəki klinikaya raket zərbələri nəticəsində 1 nəfər ölüb, 15 nəfər yaralanıb. 
Hadisə yerinə təcili tibbi yardım maşınları cəlb olunub. 
Dağıntılar aradan qaldırılır.