Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

İlkin Nəsibov işdən çıxarılıb?

Tarix :
İlkin Nəsibov işdən çıxarılıb?

Mədəniyyət Nazirliyinin həbs edilən Təchizat və əmlak şöbəsinin müdiri İlkin Nəsibovun adı nazirliyin saytında olan struktur və əməkdaşlar bölməsindən çıxarılıb. 
Bir neçə gün əvvəl onun adı və fotosu nazirliyin saytında qeyd olunmuşdu. 
Məsələ ilə bağlı Mədəniyyət Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri vəzifəsini müvəqqəti icra edən Nuridə Allahyarova "Unikal"a  bildirib ki, hazırda bununla bağlı nazirlik tərəfindən açıqlama verilmir.
"Bütün proses bitdikdən sonra ictimaiyyətə rəsmi qaydada açıqlama veriləcək", - deyə nazirlik rəsmisi qeyd edib.
Qeyd edək ki, İlkin Nəsibov Dövlət Təhlükəsizliyi Xidmətinin noyabrın 1-də Mədəniyyət Nazirliyində keçirdiyi əməliyyat zamanı saxlanılıb. Onun barəsində Səbail rayon Məhkəməsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. Əməliyyat zamanı mədəniyyət nazirini birinci müavini Elnur Əliyev də istintaqa cəlb olunub.