Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

İranda daha bir azərbaycanlı qız ÖLDÜRÜLDÜ

Tarix :
İranda daha bir azərbaycanlı qız ÖLDÜRÜLDÜ

Urmuda azərbaycanlı gənc qız hökumət qüvvələri tərəfindən öldürülüb.

Lent.az xəbər verir ki, əslən Qərbi Azərbaycan əyalətinin Sayınqala (Şahindej) şəhərindən olan 23 yaşlı Nəsim Sidqi oktyabrın 31-də Urmu şəhərində aldığı güllə yarası nəticəsində həyatını itirib.

Yaxınları gənc qızın Urmu şəhərinə makiyaj kursunu bitirmək üçün getdiyini və şəhərdə keçirilən etiraz aksiyasında öldürüldüyünü deyirlər.

Onların sözlərinə görə, təhlükəsizlik idarəsi Nəsim Sidqinin ailəsini təhdid edərək övladlarının avtomobil qəzasında öldüyünü demələrini tələb ediblər.

Nəsim Sidqinin dəfn mərasimi hökumət qüvvələrinin basqısı və nəzarəti altında səssiz və az sayda insanın iştirakı ilə keçirilib.